AZ

XİN başçısı: İran tezliklə Yaxın Şərqdə sabitliyin bərqərar olacağını gözləyir

İran tezliklə Yaxın Şərqdə sabitliyin bərqərar olacağını gözləyir.

“Report” İRNA-ya istinadən xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Abbas Əraqçi deyib.

O qeyd edib ki, İsrailin yeni hücumlarına İranın cavabı daha sərt olacaq.

Nazir söyləyib ki, bu gecə İran İsrailin yalnız hərbi obyektlərini hədəf alıb.

Xatırladaq ki, oktyabrın 1-də İran İsrailə kütləvi raket hücumu həyata keçirib. SEPAH-ın məlumatına görə, İran raketlərinin 90 %-i hədəflərini uğurla vurub. İsrail və ABŞ mənbələri isə bildirir ki, atılan raketlərin hamısı zərərsizləşdirilib.

Seçilən
25
1
musavat.com

2Mənbələr