Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə güclü külək əsəcək.
Publika.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti sarı xəbərdarlıq yayıb.
Belə ki, oktyabrın 3-də Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi sarı xəbərdarlığa uyğun olaraq arabir 13.9-20.7 m/san təşkil edəcək.