AZ

“Krokus” da terror törədənlərin həbs müddəti dekabra kimi uzadılıb

"Crocus City Hall” konsert zalında terror törədənlərin həbs müddəti dekabrın 22-dək uzadılıb. Bu barədə Ria Novoskti məhkəmə materiallarına istinadan yazıb. 
 
Bildirilir ki, terror törədənlər bir-birlərinə qarşı ittihamedıcı ifadələr verirlər. 
 
İstintaq terror aktını törədənlərin Tacikistan vətəndaşları Dalerjon Mirzoev, Murodali Rachabalizod, Shamsiddin Fariduni və Muhammadsobir Fayzov olduğunu hesab edir.
 
Onlar həmçinin terror fəaliyyəti həyata keçirmək üçün təlim keçməkdə, terror təşkilatında iştirakda və qanunsuz silah alverində ittiham olunurlar. 
 
Martın 22-də axşam saatlarında Moskva Crocus City Hall konsert zalında terror aktı baş verib. Piknik qrupunun çıxışından əvvəl silahlı şəxslər zala soxularaq tamaşaçılara atəş açıblar. Bundan sonra partlayışlar baş verib və yanğın başlayıb. Ertəsi gün onlar tutularaq mayın 22-dək istintaq təcridxanasına göndərilib. Terror aktı Beslan faciəsindən sonra Rusiyada ən böyük terror aktıdır.
 
Aytac 

www.anews.az
Seçilən
52
anews.az

1Mənbələr