Çempionlar Liqasının ümumi mərhələsinin 2-ci turunun matçında "Slovan"ı 4:0 hesabı ilə məğlub edən "Mançester Siti" bu yarışın tarixində ən uzun məğlubiyyətsizlik seriyasına görə "Mançester Yunayted"in rekordunu (25 oyun) təkrarlayıb. SİA xəbər verir ki, bu barədə “Opta” məlumat yayıb.
Çempionlar Liqasının son 25 görüşündə "şəhərlilər" 17 dəfə qalib gəlib, 8 dəfə heç-heçə edib. “Siti” sonuncu dəfə Çempionlar Liqasında 2021/2022 mövsümünün yarımfinal mərhələsində “Real”a uduzmuşdu.
"Mançester Yunayted" bu rekorda 2009-cu ilin mayında, komandanı Ser Aleks Ferqyusonun çalışdırdığı zaman nail olub. “Qırmızı şeytanlar” 2007-ci ilin sentyabrından təqribən 2 il ərzində Çempionlar Liqasında uduzmayıb.