AZ

Ukrayna müharibəsində itkin düşən Azərbaycan vətəndaşları var

“Biz istəyirik ki, itkinlərimiz haqqında informasiya əldə edib onların ailələrinə məlumat verək”.

Bizim.Media  xəbər verir ki, bunu “Ailələrin “həqiqəti bilmək” hüququnun müdafiəsi və onların ehtiyaclarının qarşılanması” mövzusunda paneldə Ukrayna Parlamentinin İnsan Hüquqları üzrə müvəkkili (Ombudsman) Dmitro Lubinets deyib.

O bildirib ki, Rusiya ilə müharibə nəticəsində məlumatların əldə edilməsində böyük çətinliklər yaranıb: 

“Ukrayna hazırda itkin şəxslər problemi ilə üzbəüz olan ölkələrdən biridir və bununla bağlı həllər axtarır. Bizi ən yaxşı başa düşən ölkələrdən biri Azərbaycandır. Müharibə nəticəsində Ukraynada itkin düşmüş Azərbaycan vətəndaşları var. Biz informasiyaları birgə tapmalıyıq. Mən sizlərdən dəstək istəyirəm. Biz bu məsələdə həqiqətən narahat olmalıyıq”.

Bizim.Media

phrase_var_article.chosen
28
18
bizim.media

10phrase_var_article.sources