AZ

Sabiq icra başçısı Novosibirskdə yaşayır - Biznesi var, universitetdə dərs deyir


14 il icra başçısı işləmiş Lütvəli Babayevin biznesmen oğlunun başına iş gəlib. Belə ki, Babəli Babazadənin dostu üçüncü şəxslə əlbir olaraq onun əmlaklarını 2 milyon manata sataraq, pulunu mənimsəməkdə ittiham olunur.

Qaynarinfo-nun məlumatına görə, 12 noyabr 2019-cu il tarixdə icra başçısı vəzifəsindən azad edilən Lütvəli Babayev elə həmin ildən Rusiyanın Novosibirsk vilayətinə köçüb. 
Sabiq icra başçısı hazırda ailəsi ilə birlikdə sözügedən şəhərdə yaşayır. İki qızı və bir oğlu olan Lütvəli Babayev orda biznes fəaliyyəti ilə məşğuldur. Onun tikinti və otel biznesi var.
İqtisadiyyat üzrə fəlsəfə doktoru olan Lütvəli Babayevin Rusiyada universitetlərin birində müəllim fəaliyyəti ilə də məşğul olduğu deyilir. Onun yalnız yay aylarında dincəlmək üçün Azərbaycana gəldiyi bildirilir. 
Qeyd edək ki, Lütvəli Babayev 2007-2019-cu illərdə Zərdab rayon, 2005-2007-ci illərdə Mingəçevir şəhər icra hakimiyyətinin başçısı olub.

Seçilən
58
5
nuh.az

6Mənbələr