AZ

Konfrans Liqası: "Başakşəhər" "Rapid"i qəbul edəcək

Bu gün UEFA Avropa Konfrans Liqasında əsas mərhələyə start veriləcək.

"Unikal" xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq. Türkiyənin “Başakşəhər” komandası doğma meydanda Avstriya təmsilçisi “Rapid”i (Vyana) sınağa çəkəcək. Görüş Bakı vaxtı ilə saat 18:30-da başlayacaq.

Eyni saatda start götürəcək digər görüşdə isə Portuqaliyanın “Vitoriya Gimaraynş” klubu Sloveniyanın “Tselye” kollektivini qəbul edəcək.

Qeyd edək ki, Konfrans Liqasının digər oyunları oktyabrın 3-də keçiriləcək.

 

Seçilən
5
5
unikal.az

6Mənbələr