Tbilisi, 2 oktyabr, AZƏRTAC
İsrailin “Arkia” və “EL Al İsrael Airlines” şirkəti oktyabrın 1-i gecə saatlarından etibarən Tbilisidən Təl-Əvivə bütün uçuşları dayandırıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Tbilisi Beynəlxalq Aeroportunun qaynar xəttindən məlumat verilib.
Təyyarə reyslərinin təxirə salınmasının İranla İsrail arasındakı vəziyyətlə əlaqədar olduğu bildirilir.
Qeyd olunub ki, aviareyslərin oktyabrın 3-dən bərpa olunacağı gözlənilir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi