AZ

Dünya çempionatında 25 güləşçimiz mübarizə aparacaq – HEYƏT

Bakı. Trend:

Oktyabrın 21-dən 27-dək Albaniyanın paytaxtı Tiranada 23 yaşadəkgüləşçilər arasında dünya çempionatı keçiriləcək.

Trendİdman.biz-əistinadən xəbər verir ki, 650-dən çox idmançının qatılacağımundialda ölkəmiz 25 güləşçi ilə təmsil olunacaq.

Yunan-Roma növündə 10 klassikimiz xalçaya çıxacaq. Vasif Bağırov(57 kq), Ruslan Abdullayev (61 kq), Rəşid Babazadə (65 kq), MaqomedXanıyev (70 kq), Cəbrayıl Qadjıyev (74 kq), Əli Tskayev (79 kq),Arsen Çoyev (86 kq), Abdulcəlil Şabanov (92 kq), Aslan Abakarov (97kq) və Yusif Dursunov (125 kq) xalçaya çıxacaq.

Qadınların mübarizəsində 50 kq-da Elnurə Məmmədova, 55 kq-daGültəkin Şirinova, 57 kq-da Jalə Əliyeva, 59 kq-da Gülər Həbibovavə 62 kq-da Ruzanna Məmmədova fəxri kürsüyə qalxmaq üçün mübarizəaparacaq.

Sərbəst növdə də 10 güləşçimiz ölkəmizi təmsil edəcək. BunlarRəşad Məmmədov (55 kq), Nihad Quluzadə (60 kq), Ziya Babaşov (63kq), Fərahim Mustafayev (67 kq), Ruslan Nurullayev (72 kq), XasayHəsənli (77 kq), İsmayıl Rzayev (82 kq), Laçın Vəliyev (87 kq),Murad Əhmədiyev (97 kq) və Sərxan Məmmədovdur (125 kq).

Qeyd edək ki, yarışda ilk olaraq yunan-Roma güləşçilərimübarizəyə qoşulacaq. Daha sonra qadın güləşi və sərbəst növdəgörüşlər keçiriləcək.

Seçilən
4
6
az.trend.az

7Mənbələr