AZ

"Mançester Siti"nin futbolçusu telefon oğurladığı üçün saxlanılıb

style='margin-bottom:10px;'>

"Mançester Siti"nin futbolçusu Mateus Nunes xoşagəlməz hərəkəti ilə gündəmə gəlib. 

QOL.az xəbər verir ki, bu barədə "El Mundo" məlumat yayıb. 26 yaşlı yarımmüdafiəçi İspaniyada mobil telefon oğurladığı üçün saxlanılıb. 

Hadisə sentyabrın 8-də, Madriddəki “La Riviera” gecə klubunda baş verib. Nunes ayaqyolunda 58 yaşlı bir kişinin telefonunu əlindən alıb.

Şahidlər bildiriblər ki, zərərçəkmiş oyunçunun şəklini çəkməyə çalışıb. Çox əsəbiləşən Mateus telefonu geri verməyəcəyini deyərək onun əlindən alıb.

Zərərçəkmiş polislə əlaqə saxlayıb. Polislər cihazı Nunesin üzərində tapıblar və onu saxlayıblar. Futbolçu daha sonra zaminə buraxılıb.

Qeyd edək ki, Nunes 2023-cü ildən "Mançester Siti"də oynayır. O, bu mövsüm bütün turnirlərdə 6 oyun keçirib və 1 qol vurub.

Seçilən
12
4
teleqraf.com

5Mənbələr