AZ

4 məktəbin təmiri 100 min manata yaxın başa gələcək

Xaçmaz 4 saylı, Qadaşoba, Nərəcan və Siyəzən 3 nömrəli məktəbin təmirinə 930.138,08 AZN vəsait xərclənəcək. Bu barədə tenderlərlə bağlı rəsmi sayta məlumat paylaşılıb. 
 
Məktəblərin təmirini "SS-İNŞAAT" MMC həyata keçiriəcək. 
 
Qalib şirkət 2008-ci il dövlət qeydiyyatına alınıb və nizamanmə kapitalı 50 manat təşkil edir. 
 
Elm və Təhsil Nazirliyi açıqlayıb ki, 2024-cü il ölkə üzrə 38 məktəbdə təmir-tikinti işləri aparılacaq.
 
2023-cü il Azərbaycanda 40 təhsil müəssisəsində təmir-tikinti işləri aparılıb
 
İyulda elm və təhsil naziri Emin Əmrulayyev açıqlayıb ki, Ölkə üzrə təmirə ehtiyacı olan məktəblərin sayı 600-ə düşüb. Bu rəqəm daha əvvəl 800 olub. 
 
Martın 15-də baş nazir Əli Əsədov Milli Məclisdə hökümətin hesabatını təqdim edərkən deputatlara bildirib ki, hazırda ölkə üzrə təmirə ehtiyacı olan 660 məktəb var. 
 
Gülnar Nazimqızı 



www.anews.az
Seçilən
55
2
anews.az

4Mənbələr