AZ

Ukrayna Livandan 179 nəfəri təxliyə edib

Ukrayna Livandan 179 nəfəri uğurla təxliyə edib. Onların arasında 134 Ukrayna vətəndaşı, 45 əcnəbi var.

Bakıvaxtı.az bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir.

“2024-cü il oktyabrın 1-də Ukrayna Prezidentinin tapşırığına əsasən, Ukrayna Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Livanda olan vətəndaşların təxliyəsi üzrə növbəti əməliyyatı uğurla həyata keçirib”, -deyə məlumatda bildirilib.

Ümumilikdə 179 nəfər təxliyə edilib. Ukraynalılar arasında 112 yetkin şəxs və 22 uşaq var. Bundan əlavə, daha 45 nəfər, o cümlədən Polşa, Çexiya, Litva, Moldova, Braziliya və Livan vətəndaşları da təxliyə edilib.

Ukrayna XİN qeyd edib: “Bu əməliyyat regionda təhlükəsizlik və iqtisadi vəziyyətin pisləşməsi ilə əlaqədar Ukrayna vətəndaşlarının geri qaytarılması üzrə daha geniş səylərin bir hissəsi idi. Üç evakuasiya missiyası çərçivəsində Livandan 234 nəfər, o cümlədən 189 Ukrayna vətəndaşı və 45 əcnəbi təxliyə edilib”.

Seçilən
1
2
bakivaxti.az

3Mənbələr