Bakı. Trend:
Bu gün İran prezidenti Məsud Pezeşkian Qətərdə keçiriləcəkAsiyada Əməkdaşlıq Dialoqu Forumunda (ACD) iştirak etmək məqsədiləDohaya səfər edəcək.
Trend xəbər verir ki, bubarədə İran KİV məlumat yayıb.
Bildirilib ki, iki günlük səfər çərçivəsində İran prezidentiniyüksək səviyyəli siyasi və iqtisadi heyət müşayiət edəcək.
Səfər çərçivəsində İran prezidentinin Qətər Əmiri Şeyx Təmim binHəməd Al Tani və digər ölkələrin rəhbərləri ilə görüşüplanlaşdırılır.
Asiyada Əməkdaşlıq Dialoqu Forumu 2002-ci ildə Asiya ölkələrininqlobal iqtisadiyyatda rəqabət qabiliyyətini artırmaq məqsədiləyaradılıb. Forumda 34 ölkə iştirak edir.