AZ

Professordan jurnalistlərə çağırış: “Bu vəhşiliyi ifşa edin!”

Prezident İlham Əliyevin “İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin “həqiqəti bilmək” hüququnun dəstəklənməsi” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciətində Ermənistanın vəhşiliklərinə diqqət çəkib. Dövlət başçısı qeyd edib ki, Ermənistan bu gün də kütləvi məzarlqılar haqqında Azərbaycana məlumat verməkdən imtina edir, bu məzarlıqların yerini gizli saxlayır.

 

Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən professor Cahangir Məmmədli jurnalistlərə çağırış edərək, onları Ermənistanın bu vəhşiliyini beynəlxalq arenada ifşa etməyə səsləyib:

 

“Ermənistan müharibə və işğal dönəmində xalqımıza qarşı çoxsaylı cinayətlər törədib. Yaşayış məntəqələrimiz dağıdılıb, sərvətlərimiz talanıb və s. Ev sökməyi, hasar uçurmağı hardasa başa düşmək olar. Lakin ölülərin, kütləvi məzarlıqların yeri haqqında məlumat verməmək, meyitlərin qalıqlarını belə gizli saxlamaq – bu, əsl vəhşilikdir. Dünyada hələ bu cür vəhşiyə rast gəlinməyib.

 

Mən jurnalistlərimizi Ermənistanın bu vəhşiliyini beynəlxalq aləmdə ifşa etməyə səsləyirəm. Qoy media işçilərimiz, jurnalistlərimiz bütün dünyaya Ermənistanın xalqımıza qarşı necə ağır cinayətlər törətdiyini, bu gün də kütləvi məzarlıqların yerini bildirməməklə öz cinayətlərini davam etdirdiklərini göstərsinlər. Dünya bir kəs daha ermənilərin vəhşi xisləti, qorxunc təbiəti ilə tanış olsun və başa düşsün ki, erməni faşistləri yalnız Azərbaycan üçün deyil, bütün insanlıq üçün ciddi təhdid mənbəyidir”.

 

Seymur ƏLİYEV

Seçilən
101
moderator.az

1Mənbələr