Olaylar xəbər verir ki, bu barədə AŞPA-nın Serbiya üzrə nümayəndə heyətinin üzvü Elvira Kovaç deyib.
"AŞPA, demək olar ki, bütün Avropa ölkələrinin parlamentlərinin tərkibini əks etdirdiyindən, ən geniş demokratik legitimliyə malik Avropa siyasi orqanıdır. Bu ilin yanvarında Azərbaycan nümayəndəliyinin səlahiyyətlərini ratifikasiya etməmək qərarı, onun öz legitimliyini zədələmək riski daşıyır ", - deyə o bildirib.
E.Kovaç vurğulayıb ki, AŞPA bu qərarı ilə yalnız öz legitimliyini deyil, həm də konstruktiv dialoq platforması kimi ona olan etimadı zədələyir, çünki ən azı 10 milyon Avropa ölkəsinin vətəndaşı artıq onun sıralarında təmsil olunmur və səsvermə hüququndan məhrumdur.
"Bu gün Azərbaycan beynəlxalq hüquqa, sülhə və təhlükəsizliyə əsaslanan beynəlxalq nizamda mühüm bir amildir. Onun mədəniyyətinin yüksək nailiyyətləri Avropanın mədəni mozaikasının ayrılmaz bir hissəsidir, təbii resursları isə qitənin rifahı üçün həyati əhəmiyyət kəsb edir. Azərbaycan, Avropa Şurasının dəyərlərini sual altına alanların olduğu bir bölgədə yerləşir və bu dəyərlər heç şübhəsiz, ideal bir yaşam forması kimi qəbul edilmir. Mən düşünürəm ki, AŞPA-da Azərbaycan nümayəndəliyinin səlahiyyətlərinin alınması, vətəndaşların birbaşa təmsil olunduğu bir orqanda yanlışdır", - o vurğulayıb.
Deputat əmindir ki, Azərbaycan nümayəndə heyətinin AŞPA-nın işində tam iştirakı əhalinin bu mühüm hissəsi arasında Avropa dəyərlərinin və demokratik prosedurların polarizasiyasına təsir göstərə bilər.
"Mən, Azərbaycan nümayəndəliyinin AŞPA-da iştirakı ilə dialoqa qayıdılmasını və fəaliyyətini bərpa etməyə çağırıram. Ümid edirəm ki, AŞPA bərabərhüquqlu və inklüziv bir dialoq platforması kimi fəaliyyət göstərməli və bu ideyanın irəliləməsinə üstünlük verməlidir", - E.Kovaç əlavə edib.