Azərbaycan millisinin heyətinin açıqlanacağı vaxt bəlli olub.
Bakıvaxtı.az xəbər verir ki, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.
Oktyabrın 4-də, saat 11:00-da AFFA-nın inzibati binasında Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuşun mətbuat konfransı keçiriləcək. Mətbuat konfransında milli komandamızın UEFA Millətlər Liqası çərçivəsində oktyabrın 11-də Estoniya və oktyabrın 14-də Slovakiya yığmaları ilə oyunlar üçün heyəti açıqlanacaq.
Qeyd edək ki, yığmamız Estoniya ilə Tallində, Slovakiya ilə Bakıda qarşılaşacaq. /İdman.biz