Almaniyanın paytaxtı Berlinin Mariendorf rayonunda 100 milyon avroluq tikinti layihəsi, şahin yuvası (Buteo buteo) səbəbiylə 4 il təxirə salınacaq.
Schatzelberg Kampusu olaraq planlaşdırılan və özəl investorların böyük bir market, uşaq bağçası və 230 mənzil planlaşdırdığı layihə köhnə qəbiristanlığın yerində tikiləcək.
Tikintiyə 2025-ci ildə başlanacağı gözlənilsə də, təsdiqləmə prosesi dayandırılıb. Səbəb isə ağaclardan birində sonuncu dəfə 2022-ci ildə istifadə olunduğu müəyyən edilən şahin yuvasının olmasıdır.
Almaniyanın Təbiəti Mühafizə Aktına görə, uzun müddət istifadə edilmədikdə, çoxalma sahəsi qorunan statusunu itirir. Bu müddət adətən iki ildir.
Bununla belə, Berlin Ətraf Mühit Senatı bu ev üçün dörd illik gözləmə müddətini nəzərdə tutub. Bu səbəbdən tikintinin 4 il müddətinə təxirə salınması istənilib.
Məryəm İlhamqızı