AZ

Azərbaycanın təcrübəsi itkin düşmüş şəxslər məsələlərinin həllində nümunə ola bilər - Andreas Kleyser

Bakı. Trend:

Azərbaycanın təcrübəsi itkin düşmüş şəxslərin məsələlərininhəllində nümunə ola bilər.

Trend xəbər verir ki, bubarədə İtkin düşmüş şəxslər üzrə beynəlxalq Komissiyanın (ICMP)siyasət və əməkdaşlıq direktoru Andreas Kleyser “İtkin düşmüşşəxslər probleminin həlli: ailələrin “həqiqəti bilmək” hüququnundəstəklənməsi" mövzusunda beynəlxalq konfransda bildirib.

Onun sözlərinə görə, ölkələr itkin düşmüş şəxslərlə bağlıhansısa nəticələr əldə etmək üçün birgə səylər göstərməlidir.

O qeyd edib ki, əsir və itkin düşmüş şəxslər məsələsi bütünölkələr üçün vacibdir.

"Əvvəlki spikerin vurğuladığı kimi, demək olar ki, heç bir yerdəitkin düşmüş insanlar haqqında mərkəzləşdirilmiş məlumat emalısistemlərimiz yoxdur. Çox vaxt itkin düşənlər araşdırma aparandövlətin sərhədlərindən kənarda olurlar və biz itkin düşmüşinsanlar problemini daha çox qlobal müstəviyə keçiririk.

İnsanların itkin düşməsinin səbəbləri getdikcə daha çox ayrılır.Buna görə də tamamilə şəxsi məlumatların qorunmasını təmin edən vəsui-istifadələrin qarşısını alan mərkəzləşdirilmiş məlumatlarınemalı sistemlərinin yaradılması və tətbiqi çox vacibdir", - o əlavəedib.

Xatırladaq ki, Bakıda "İtkin düşmüş şəxslər probleminin həlli:ailələrin həqiqəti müəyyən etmək hüququnun dəstəklənməsi"mövzusunda beynəlxalq konfrans keçirilir.

Tədbirdə həmçinin Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) AiləƏlaqələrinin Axtarılması və Bərpası üzrə mərkəzi agentliyininrəhbəri Florens Anselmo, Azərbaycan Respublikasının xarici işlərnazirinin müavini Fariz Rzayev, Türkiyə Respublikasının ailə vəsosial xidmətlər üzrə nazirinin müavini Zafer Tarıkdaroğlu və digərrəsmi şəxslər iştirak edirlər.

Qeyd edək ki, tədbir bu gün Bakıda keçirilir və sabahAzərbaycanın azad edilmiş ərazilərində davam edəcək.

Seçilən
72
az.trend.az

1Mənbələr