AZ

Bir yaşlı Aylinin ölümcül xəstəliklə mübarizə apara bilməsi üçün sizin köməyinizə ehtiyacı var

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



2023-cü il təvəllüdlü Aylin Kənan qızı Məmmədli ağır xəstəliklə mübarizə aparır.
Bu barədə Oxu.Az-a onun valideynləri məlumat veriblər. Bildiriblər ki, bir neçə ay öncə Aylinin qızdırması olub və onu dərhal həkimə aparıblar:
"Həkim bizə sadəcə sətəlcəm olduğunu və müalicə ilə düzələcəyini dedi. Bir həftə müalicə aldı. Müalicə bitən kimi yenidən vəziyyəti pisləşdi. Daha sonra biz başqa həkimə müraciət etdik və böyrəyinin üzərində şiş olduğunu, həmin şişin bədxassəli olduğunu öyrəndik. Aylin əməliyyat olundu, şiş götürüldü. Həmin törəmənin anadangəlmə olduğu və təcili kimyaterapiyalara başlamalı olduğumuzu bildirdilər. İndi biz bu kimyaterapiyaların pulunu toplamağa çalışırıq. 10 min manatın 5 minini yardımsevər insanların sayəsində topladıq. Onlara bir ömür minnətdaram. Qalanını toplaya bilməyimiz üçün xalqımızdan kömək gözləyirik. Bizi bu ağır sınaqda tək qoymasınlar".
Əlaqə nömrəsi: 0515391315
Kapital Bank: 5239 1517 8299 2310
Seçilən
4
1
oxu.az

10Mənbələr