Türkiyənin Hatay vilayətində polis yoxlaması zamanı dilənçi olduğu bildirilən şəxsin üzərindən 12 min 980 lirə (Red- 646 AZN) aşkar edilib.
Oxu24.com xəbər verir ki, Böyükşəhər Bələdiyyəsindən verilən açıqlamaya görə, polis qrupları şəhər daxilində dilənçilərə qarşı yoxlamalar aparıb.
Yoxlama zamanı mərkəzi Antakya rayonu Haraparası Məhəlləsində dilənçiliklə məşğul olan O.K. tutulub.
12 min 980 lirəsi (Red-646 AZN) olduğu müəyyən edilən O.K.-ya qarşı Cinayət Qanununa uyğun olaraq qanuni tədbir görülüb.
Miri