Rusiyanın Tehrandakı səfirliyi İsrail və İran arasında münasibətlərin pisləşməsi fonunda vətəndaşlarına İrana səfərlərdən çəkinməyi tövsiyə edib.
Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, bu haqda Rusiyanın İrandakı səfirliyi məlumat yayıb.
“İran ətrafında vəziyyətin gərginləşməsi ilə əlaqədar Rusiya səfirliyi Rusiya Federasiyası vətəndaşlarına müvəqqəti olaraq vəziyyət normallaşana qədər İran İslam Respublikasına səfərlərdən çəkinməyi tövsiyə edir”, - məlumatda qeyd olunub.
Müəllif: Teleqraf.com