AZ

İsrail Quterreşi “persona non-qrata” elan etdi

İranın raket hücumlarından sonra İsrail Birləşmiş Millətlər Təşkilatına (BMT) qarşı addımlar atıb.

News24.az xəbər verir ki, İsrail BMT-nin baş katibi Antoni Quterreşi “persona non-qrata” elan edib və ölkəyə girişini qadağan edib.

İranın raket hücumlarından sonra sosial media hesabından verdiyi açıqlamada Quterreş "Yaxın Şərqdə münaqişənin genişlənməsini" pisləyib və yenidən atəşkəs çağırıb.

BMT lideri “Buna son qoyulmalıdır” deyib.

İranın İsrailə yüzlərlə raketlə hücumundan sonra İsrailin BMT-dəki səfiri Denni Danon jurnalistlərə deyib:

“Biz hərəkətə keçəcəyik. İran öz hərəkətlərinin nəticələrini tezliklə hiss edəcək. Cavab ağrılı olacaq".

Günel Məlikzadə


Seçilən
68
23
news24.az

10Mənbələr