Rusiya Mərkəzi Asiya-Mərkəz sistemi vasitəsilə Qazaxıstana qaz tədarükünü artıra bilər.
Valyuta.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Energetika Nazirliyi öz "Telegram" kanalında məlumat yayıb.
“Rusiya Federasiyası Mərkəzi Asiya-Mərkəz sistemi vasitəsilə qaz tranzitini uğurla həyata keçirir və Qazaxıstana qaz tədarükünün artırılması imkanlarını nəzərdən keçirir”, deyə Rusiya Federasiyasının Federasiya Şurası və Qazaxıstan Parlamentinin Senatı arasında Əməkdaşlıq Komissiyasının 22-ci iclasının əsas nəticələrini sadalayan departamentdən bildirilib.
Energetika Nazirliyinin nəşrində Rusiya Federasiyası və Qazaxıstanın Xəzər dənizindəki dəniz yataqlarının birgə işlənməsinin ikitərəfli əlaqələr üçün əhəmiyyəti də vurğulanır.
Mərkəzi Asiya-Mərkəz qaz kəməri sistemi Özbəkistan və Qazaxıstan vasitəsilə Türkmənistanı Rusiya ilə birləşdirir. O, ilkin olaraq Türkmənistan və Özbəkistandan Qazaxstana qaz nəql etmək üçün yaradılıb, lakin 2023-cü ildən Rusiya bu kəmərlə qazı əks rejimdə Özbəkistan və Qazaxıstana tədarük edir.
Paşa Məmmədli