AZ

U-16 millimiz Türkmənistana məğlub oldu

16 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Türkiyədə təşkil olunmuş “U-16 Türkdilli Ölkələr Turniri”ndə ilk oyununu keçirib.

Arena.az xəbər verir ki, yığmamız Ərzurum şəhərində keçirilən turnirdəki ilk sınağında Türkmənistanın U-17 komandası ilə qarşılaşıb.

Ərzurum Yüksək İrtifa Təlim-Məşq Mərkəzində keçirilmiş görüş Türkmənistan komandasının 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. U-16 turnir çərçivəsində oktyabrın 4-də, Bakı vaxtı ilə saat 16:00-da Türkiyə yığması ilə üz-üzə gələcək.

Qeyd edək ki, Türkmənistan və Gürcüstan yarışa U-17 komandaları ilə qatılıb.

Seçilən
3
7
arena.az

10Mənbələr