FİFA İntizam Komitəsi Kamerun Futbol Federasiyasının (FECAFOOT) prezidenti Samuel Eto'onun 6 ay müddətinə Kamerun millisinin oyunlarına qatılmasını qadağan edib.
90deqiqe.Az xəbər verir ki, buna səbəb onun 2024-cü il sentyabrın 11-də Kamerun və Braziliya komandaları arasında keçirilmiş 20 yaşadək qızlar arasında dünya çempionatının 1/8 final matçındakı davranışıdır. Qadağa nəticəsində Eto'o 6 ay ərzində bütün kateqoriyalar üzrə Kamerunun kişi və qadın millilərinin oyunlarında iştirak edə bilməyəcək.
Eto'o 2021-ci ildən Kamerun Futbol Federasiyasının prezidenti vəzifəsində çalışır. Bundan əvvəl media Samuelin danışılmış oyunları təşkil etməkdə şübhəli bilindiyini yazmışdı. Onun tutduğu vəzifədən getməyə yaxın olduğu qeyd edilib.