Rusiyanın Vladiqafqaz şəhərində sərbəst güləş üzrə beynəlxalq turnir keçirilib.
Rekord.az xəbər verir ki, “Xadartsov qardaşları kuboku” adlanan yarışda məşqçi Əşrəf Əliyevin rəhbərliyi altında milli komandanın bir neçə üzvü iştirak edib.
Onlardan ikisi fəxri kürsüyə qalxıb. İslam Bazarqanov (57 kq) və Ağanəzər Novruzov (74 kq) gümüş medal qazanıb.
Turnirdə 1-ci dərəcəli hakim Elman İsmayılov ədaləti qoruyub.