UEFA Avropa Konfrans Liqasında əsas mərhələyə start verilib.
SİA xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub. Türkiyənin “Başakşəhər” komandası doğma meydanda Avstriya təmsilçisi “Rapid”lə (Vyana) üz-üzə gəlib. Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Günün digər görüşündə isə Portuqaliyanın “Vitoriya Gimaraynş” klubu Sloveniyanın “Tselye” kollektivini 3:1 hesabı ilə üstələyib.
Konfrans Liqasının digər oyunları oktyabrın 3-də keçiriləcək.