“Bizim təşəbbüslər elə hazırlanıb ki, müxtəlif sahələri əhatə edir. Çünki qlobal iqlim dəyişikliyi hər kəsin həyatına təsir edən problemdir”.
“Qafqazinfo” xəbər verir ki, bunu COP29-un İqlim dəyişmələri üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai Real TV-yə müsahibəsində deyib.
“Ola bilsin ki, bunu öz ölkəmizdə az hiss edirik. Amma kiçik ada dövlətləri var ki, bunu çox böyük miqyasda hiss edirlər. İqlim dəyişikliyi ilə müxtəlif tədbirlərdə onlar bunu dönə-dönə qeyd edirlər. Bu dövlətlərin nümayəndələri açıq deyir ki, bu cür davam etsə, biz 5 ildən sonra olmaya da bilərik. Çünki bu dövlətlərin okean və ya dənizin səviyyəsinin qalxması zamanı su altında qalmaq təhlükəsi var. Bizim məqsədimiz də iqlim dəyişikliyi ilə mübarizə çərçivəsində layihə və startaplarla çıxış edən sahibkarları bir araya toplamaqdır”.