AZ

Ona dedim ki, bilirsən bunun sonu necə olacaq?

Yüngül çəkidə keçmiş UFC çempionu və "Şöhrət Zalı"nın üzvü rusiyalı döyüşçü Həbib Nurməhəmmədov maraqlı açıqlama verib.

Musavat.com publika.az-a istinadən xəbər verir ki, Həbib döyüşlər zamanı rəqiblərini zədələməməyə çalışdığını deyib:

"Mən Maykl Consonla döyüşəndə ​​onun mənim səviyyəmdə olmadığını bilirdim. Ona dedim: "Bilirsən bunun sonu necə olacaq? Təslim ol".

Onun qolundan tutanda sındırmaq imkanım oldu, amma etmədim. Mən ona başa saldım ki, yeri döyməlidir. Bunu etdi və döyüş bitdi. Heç kim incimədi, çünki mənim məqsədim insanları incitmək deyil, çempion olmaqdır. Təbii ki, bəzən yumruq atmaq lazımdır. Bu idmanın bir hissəsidir, amma zərərdən qaçmaq imkanım olsa, həmişə başqa bir yol seçirəm.

Geytce ilə sonuncu döyüşümdə qolunu qırmamaq üçün qəsdən qoltuqdan fəndə keçdim. Mən onu yıxdım, amma sağ-salamat qaldı".

Seçilən
28
4
musavat.com

5Mənbələr