AZ

"Atletiko" azarkeşlərinə AĞIR CƏZA

  "Atletiko" klubunun azarkeşləri cəzalandırılıb.

Offsideplus.az xəbər verir ki, "matrasçılar"ın tərəfdarları Madrid derbisində "Real"ın qolkiperi Tibo Kurtuaya yad əşyalar atmışdı. Buna görə oyunda 15 dəqiqəyə yaxın fasilə yaranmış, daha sonra baş hakim qaldığı yerdən matçı davam etdirmişdi. "Atletiko" ultras azarkeş qruplarının 3 oyun stadiona girişi qadağan edilib. Bu barədə "Marca" nəşri məlumat yayıb. 

Qeyd edək ki, görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.   

Seçilən
6
2
referans.az

3Mənbələr