AZ

ABŞ Ukraynaya 230 milyon dollardan çox vəsait ayıracaq

ABŞ Ukrayna sakinləri və qaçqınlarına humanitar yardım göstərmək üçün 237 milyon dollar ayıracaq.

Ucnoqta.az xəbər verir ki, müvafiq açıqlama ABŞ Beynəlxalq İnkişaf Agentliyinin saytında dərc olunub.

Agentliyin rəhbəri Samanta Pauer deyib ki, bu, qışa hazırlıq da daxil olmaqla həyati əhəmiyyətli yardımın təmin edilməsinə kömək edəcək.
Qeyd olunur ki, bura ukraynalı qaçqınların qida və mənzil təminatı daxildir.

Bundan əlavə, 13 milyon dollar Ukraynada fiziki reabilitasiya sisteminin potensialının gücləndirilməsinə yönəldiləcək.

Seçilən
17
ucnoqta.az

1Mənbələr