Bu gün axşam saatlarında Suriya Müdafiə Nazirliyi İsrailin Dəməşqin Mezza məhəlləsində yaşayış binasına zərbə endirdiyini açıqlayıb.
Musavat.com xəbər verir ki, məlumata görə, zərbələr nəticəsində üç mülki şəxs həlak olub, daha üç nəfər yaralanıb.
Misirin “Əl-Youm əs-Sabia” portalının məlumatına görə, öldürülən həmin üç şəxsdən biri “Hizbullah” lideri Həsən Nəsrullahın kürəkəni olub. Qalan iki şəxsin kimliyi isə hələlik bilinmir.
Musavat.com