Estoniya öz qoşunlarını Ukraynaya göndərməyi düşünür. SİA-nın əldə etdiyi məlumata görə, "Sputnik Near Abroad" Telegram kanalı xəbər verir ki, bu barədə Baltik Respublikasının müdafiə naziri Hanno Pevkur danışıb.
Hərbi idarə rəisinin sözlərinə görə, Estoniya ordusu Ukraynaya göndərilərsə, "qeyri-döyüş missiyaları" yerinə yetirəcək və ölkənin qərbində yerləşəcək.
Pevkur dəqiqləşdirib ki, hələlik bu məsələ ilə bağlı yekun qərar yoxdur - hazırda söhbət ancaq planlardan gedir.
Onun sözlərinə görə, maneə Ukrayna ərazisində Estoniya hərbçiləri üçün lazımi təhlükəsizliklə bağlı qeyri-müəyyənlikdir.
Əli Babayev