İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilinin şimalında yerləşən Cenin şəhəri yaxınlığındakı iki kənddən fələstinliləri qovub.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, boşaldılan kənddəki 3 ev isə hərbçilər üçün kazarmalara çevirilib.
Fələstinin WAFA rəsmi agentliyinın məlumatına görə, evi əlindənalınan Anin kəndinin sakini, 61 yaşlı fələstinli Yasir Yasin WAFA-ya deyib ki, İsrail ordusunun onun evinə basqın edərək ailəsini zorla qovub: "İsrail əsgərləri məni, həyat yoldaşı və oğlumu zorla evdən çıxararaq kənddən qovdu. İndi evimiz əsgərləırin yatacaq yerinə, həyətimiz isə qaraja dönüb".
Tahir Şəlvəli
MİA.AZ