AZ

Lənkəranda narkotik tərkibli bitkilərin kultivasiyasını həyata keçirən şəxs saxlanılıb

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri zamanı əvvəllər narkotiklərin qanunsuz dövriyyəsinə görə məhkum olunmuş 57 yaşlı Əlövsət Cavadov saxlanılıb. 

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, onun yaşadığı ünvana keçirilən baxış zamanı həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirdiyi 22 ədəd çətənə kolu və 1 kiloqramdan artıq marixuana aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, Ə.Cavadov barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar aparılır.

Seçilən
13
3
operativmedia.az

6Mənbələr