Norveç Xarici İşlər Nazirliyi Yaxın Şərqdə vəziyyətin pisləşməsi fonunda ölkə vətəndaşlarını İranı tərk etməyə çağırıb.
KONKRET.az xəbər verir ki, bu barədə Norveç XİN-in bəyanatında deyilir.
“Çox gözlənilməz təhlükəsizlik vəziyyətinə görə, Xarici İşlər Nazirliyi bu gün İran üçün səyahət tövsiyələrini sərtləşdirir və Norveç vətəndaşlarını ölkəni tərk etməyə çağırır”, – deyə bəyanatda qeyd edilib.
Qeyd olunub ki, qısa müddətdə İranın hava məkanı bağlana və uçuşlar ləğv edilə bilər.