Ramana qəsəbəsində yerləşən 338 nömrəli tam orta məktəbdə təhsil üç növbəlidir.
Belə ki, şagirdlər axşam 16 radələrində məktəbə gedib, 20 radələrində dərsdən çıxırlar.
Valideynlər mövcud vəziyyətdən narazıdırlar. Onların sözlərinə görə, şagirdlər dərsdən yorğun gəlirlər və ev tapşırıqlarını etməyə zamanları qalmır.
Həmçinin sözügedən məktəbdə müəllim çatışmazlığının da olduğu iddia edilir.
Ətraflı “ATV Xəbər”in süjetində: