AZ

Qubada yerin təkindən qanunsuz istifadə edənlər AŞKARLANDI

Yerin təkindən qanunsuz istifadə, o cümlədən qeyri-qanuni qum-çınqıl daşınmasının qarşısının alınması istiqamətində nəzarət tədbirləri daha da gücləndirilib.

 

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Sfera.az-a bildirilib ki, Quba Rayon Polis Şöbəsinin, eləcə də ETSN-ın 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları bu istiqamətdə rayonun Vəlvələ kəndində birgə tədbir keçiriblər.

 

Qanun pozuntusuna yol verən şəxslərlə profilaktik söhbətlər aparılıb, barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib edilib.

Seçilən
24
10
sfera.az

8Mənbələr