AZ

Biləsuvar sakini Dövlət Məşğulluq Agentliyindən şikayət edir, qarşı tərəf isə...

Biləsuvar rayonu, Xırmandalı kənd sakini Əliyev Aqil Tofiq oğlu tərəfindən Hurriyyət.az saytının redaksiyasına şikayət məktubu daxil edib. Şikayətçi iddia edir ki, 2021-ci ildə Dövlət Məşğulluq Agentliyində qetdiyyata düşsə də, hələ də müraciətinə cavab verilmir:

“Mən, Əliyev Aqil Tofiq oğlu, bildirirəm ki, 2021-ci ildə qoyun təssərrüfatı ilə bağlı Biləsuvar rayon Məşğulluq İdarəsinə müraciət etmişəm. Adımı qeydiyyata alsalar da, hələ də heç bir xəbər yoxdur. Nə iş, nə də qoyun verirlər.

Hazırda ünvanlı sosial yardım da almıram. Kasıbçılıqdan yaşamaq mümkün deyil. Məşğulluq İdarasinə gedirəm, deyirlər ki, nə vaxt verilsə, sizinlə əlaqə saxlayacağıq. Gedirəm deyirlər ki, sənin 59 balın var, 100 bal olanda çəkiliş gələcək”.

Məsələ ilə bağlı  Dövlət Məşğulluq Agentliyi ilə əlaqə saxladıq. Qurumdan bildirildi ki, vətəndaş 2021-ci ildə deyil, 2024-cü il avqustun 19-da fərdi məşğulluq proqramına müraciət edib: “Fərdi məşğulluq proqramı o deməkdir ki, vətəndaş məşğulluq filialına müraciət edir, onun məşğulluq imkanları qiymətləndirilir. Bu qiymətləndirilmənin nəticəsinə uyğun olaraq müəəyyən edilir ki, özünü məşğulluq proqramı onun üçün uyğun tədbirdir, yoxsa yox. Uyğun tədbir olaraq müəyyənləşdiyi üçün özünü məşğulluq proqramı vətəndaşın məlumatları qroqram üzrə növbəli reyestr ilə əlavə olunur.

Vətəndaşın adı qeydiyyatdadır.  Bizə qoyunçuluq təsərrüfat zərfi ilə bağlı müraciət edib. Hal-hazırda növbədədir. Çünki çox qısa müddətdir, vətəndaş müraciət edib, onun növbəsi çatanda gəlib şəraitinə baxacaqlar ki, qoyunçuluq təsərrüfatı zərfi üzrə özünün məşğulluğunun təşkili üçün şəraiti varmı? Şəraiti də olarsa, artıq növbəti mərhələlərə cəlb olunacaq. Yəni 2021-ci il məsələsi yoxdur, ola bilər ki, vətəndaş qarışdırıb. Ola bilər, 2021-ci ildə məşğulluq filialına gedib, proqlamla maraqlanıb, qeydiyyata düşməyib”.

P.S. Bəs, bal sistemi nədən ibarətdir? Hər bir vətəndaş müraciət edəndə onun sosial vəziyyətinə uyğun skorinq balı müəyyən edilir. Yəni müəyyən meyarlar olur. Vətəndaş hansı həssas kateqoriyaya aiddir, əlilliyi varmı, aztəminatlı meyarına uyğundurmu? Belə bir neçə kateqoriya üzrə müəyyənləşir. Ona uyğun skorinq balı olur.

Hazırda barəsində bəhs etdiyimiz vətəndaşın skorinq balı 59-dur. Amma o demək deyil ki, 100 bal olanda çəkiliş olacaq. Ola bilər vətəndaşın 70 və ya 80 balla da növbəsi çata bilər. Yəni orda skorinq balı vətəndaşın sadəcə növbə sırasını müəəyyən edən bir meyardır. Yəni vətəndaşın 59 balı varsa, 80 balı olan vətəndaş ondan növbə olaraq  daha qabaqdadır. 80 balı olan vətəndaş daha həssas kateqoriyaya aiddir. Yəni vətəndaşın olduğu sosial vəziyyətə uyğun onun skorinq balı müəyyənləşir. Skorinq balın əsasında da növbə sırası olur. Yəni 100 bal olanda çəkiliş olacaq deyə bir şey yoxdur. Sadəcə hər bir şəxsin növbəsi çatanda monitorinq aparılır.

Aynurə İSMAYIL

 

phrase_var_article.chosen
111
hurriyyet.az

1phrase_var_article.sources