AZ

İsrail Livanı vurmaqda davam edir: son sutka ərzində azı 46 nəfərin ölüb, 85 nəfər yaralanıb

Son 24 saat ərzində İsrailin endirdiyi zərbələr nəticəsində Livanda azı 46 nəfərin ölüb, 85 nəfər yaralanıb.

Livanın Səhiyyə Nazirliyinin məlumatına görə, Nəbataba əyalətinin cənub bölgələri, Bekaa, Baalbek-Hermel, eləcə də Livan silsiləsi hücuma məruz qalıb.

Hücumdan əvvəl İsrail Beyrutun cənub ətraflarında yerləşən üç məhəllə sakinlərini təcili təxliyə etməyə çağırıb. Livan Səhiyyə Nazirliyinin məlumatına görə, son iki həftə ərzində İsrailin hücumları nəticəsində 1030 nəfər ölüb, 6300-dən çox insan yaralanıb.

//Samir Qurbanov, Editor.az

 

Seçilən
0
1
editor.az

2Mənbələr