Energetika naziri Pərviz Şahbazov Braziliyada Avropa İttifaqının (Aİ) energetika məsələləri üzrə komissarı Kadri Simsonla təbii qaz təchizatı və yaşıl enerjinin tədarükü layihələri, həmçinin COP29 üzrə əməkdaşlığı dəyərləndirib.
Bu barədə energetika naziri Pərviz Şahbazov məlumat verib.
“COP29-un enerji təşəbbüsləri, “Enerji Günü”nə planlaşdırılan tədbirlər, Aİ-nin iştirakı ilə “Xəzər-Qara dəniz-Avropa” Yaşıl Enerji Dəhlizinə həsr olunmuş yüksək səviyyəli iclasda layihənin texniki-iqtisadi əsaslandırmasının ilkin təqdimatı və gələn il PMI statusuna müraciətlə bağlı fikir mübadiləsi apardıq”, - deyə o qeyd edib.