AZ

Helen qasırğasında ölənlərin sayı 190-a çatıb, 175 nəfər itkin düşmüş sayılır

NBC News xəbər verir ki, sentyabrın 26-da ABŞ-ın şərq sahillərini vuran Helen qasırğası 190 nəfərin həyatına son qoyub.

Daha əvvəl 175 nəfərin öldüyü bildirilirdi. Telekanal qeyd edir ki, daha bir neçə yüz amerikalı hələ də itkin düşmüş sayılır.

NBC News-un məlumatına görə, qasırğa səbəbindən 3 milyondan çox ev işıqsız qalıb. Təxminən 1,3 milyon istehlakçı hələ də enerji təchizatından məhrumdur. “Moody’s Analytics” fırtınanın zərərini təxminən 34 milyon dollar qiymətləndirir.
Qeyd edək ki, Helen qasırğası Meksika körfəzində əmələ gəlib və ayın 26-da Floridaya çatıb. Küləyin sürəti 255 km/saatdır. Daha sonra qasırğa Corciya, Şimali və Cənubi Karolina, Tennessi və Virciniya ştatlarına çatıb. NBC News xəbər verir ki, ölümün əsas səbəbi daşqın olub.

//Samir Qurbanov, Editor.az

Seçilən
6
1
editor.az

2Mənbələr