AZ

Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın hüquqları artırılır



Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının hüquqları artırılır.

aia.az xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” qanuna təklif olunan dəyişiklikdə əksini tapıb.

Komissiyanın hüquqları sırasına dövlət orqanlarında və digər qurumlarda aparılan korrupsiya risklərinin qiymətləndirilməsini təhlil etmək və nəticələrinə uyğun olaraq tövsiyələr vermək, korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlər və korrupsiya risklərinin qiymətləndirilməsinin nəticələri barədə ictimaiyyətə məlumat vermək daxil edilib.

Komissiyanın üzvü Komissiyadakı vəzifələrin icrası ilə maraqları arasında ziddiyyət yarana biləcəyi hallarda həmin maraqlar barəsində Komissiyanın sədrinə məlumat verməli və Komissiya üzvlərinin rəyi öyrənilməlidir. Komissiyanın üzvü Komissiya sədrinin və Komissiyanın digər üzvlərinin rəyinə uyğun olaraq, onun marağının yarandığı məsələ ilə bağlı çıxış etməməli və səsvermədə iştirak etməməlidir.

Komissiya ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərir.

Komissiya korrupsiyaya qarşı mübarizə sahəsində hüquqi bazanın təkmilləşdirilməsi üzrə işin təşkili və birgə tədbirlərin həyata keçirilməsi, sahə üzrə tədqiqat, təhlil materiallarının hazırlanması, dövlət proqramlarının monitorinqi və qiymətləndirilməsi, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində müvafiq tədbirlərin yerinə yetirilməsi, habelə maarifləndirmənin həyata keçirilməsi üçün dövlət orqanlarının (qurumlarının) müvafiq sahə üzrə nümayəndələrindən ibarət işçi qruplar yarada bilər. İşçi qrupların tərkibinə müvafiq sahələr üzrə qeyri-hökumət təşkilatları, media subyektləri və özəl sektorun nümayəndələri, müstəqil ekspertlər daxil edilə bilər. İşçi qrupların hazırladığı sənədlər Komissiyanın iclasına çıxarıla və müvafiq qərarlar qəbul edilə bilər.

aia.az



phrase_var_article.chosen
32
7
aia.az

8phrase_var_article.sources