AZ

Arbitrlər şahid qismində çağırıla və dindirilə bilməyəcəklər

Arbitraj icraatı zamanı məlum olan hallar barədə arbitrlər şahid qismində çağırıla və dindirilə bilməzlər.

Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Cinayət-Prosessual Məcəlləyə təklif olunan dəyişiklikdə əksini tapıb.

İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliyə görə isə arbitraj icraatı zamanı məlum olan hallar barədə arbitrlər şahid kimi sorğu-sual edilə bilməyən şəxslər sırasına daxil edilir.

Seçilən
4
3
banker.az

4Mənbələr