AZ

Türk ölkələri vahid dövlətdə birləşsə: Görün dünyada hansı gücə sahib olar

Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür. 15 il öncə Naxçıvan şəhərində Azərbaycan, Qazaxıstan, Qırğıstan və Türkiyənin iştirakı ilə yaradılan Türk Şurası daha sonra Türk Dövlətləri Təşkilatı kimi regional gücə çevrilməkdədir.

Publika.az xəbər verir ki, bununla bağlı millət vəkili Vüqar Bayramov sosial şəbəkə hesabında paylaşım edib.

O qeyd edib ki, türk dövlətləri arasında strateji münasibətlər son illər daha dərinləşməkdədir:

“Hazırda türk dövlətləri arasında xarici ticarət dövriyyəsinin həcmi 45 milyard dollardan çoxdur. 2023-cü ildə Azərbaycanın TDT-yə üzv ölkələrlə ticarət dövriyyəsi 8 milyard 208 milyon dollar təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 23,7 faiz çox olub. Ümumilikdə, ötən il təşkilata üzv ölkələrlə aparılan idxal-ixrac əməliyyatları Azərbaycanın ümumi ticarət dövriyəsinin 16 faizinə bərabər olub.

Seçilən
25
5
publika.az

10Mənbələr