AZ

SOCAR rəsmisi: "Metan emissiyaları ilə mübarizədə süni intellekti tətbiq etməyi planlaşdırırıq"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Metan emissiyalarının azaldılması Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) emissiyaların azaldılması proqramının tərkib hissəsidir".
"Report" xəbər verir ki, bunu SOCAR-ın vitse-prezidenti Əfqan İsayev Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində keçirilən "Metanla mübarizədə irəliləyiş: Qlobal miqyasda metanın azaldılmasının irəlilədilməsi" mövzusunda panel sessiyasının açılışında deyib.
O qeyd edib ki, şirkət dekarbonizasiya prosesini optimallaşdırmaq üçün müntəzəm olaraq zərərli emissiyaları ölçür.
"Biz metan sızmalarını aşkar etmək üçün peyk şəkillərini tədqiq edirik. Biz, həmçinin peşəkar şirkətləri cəlb edərək yerdə ölçmə üsullarından istifadə etməyə başlamışıq və onlarla birlikdə metan emissiyaları ilə mübarizəmizi optimallaşdırmağa kömək edəcək süni intellekt aləti hazırlayırıq", - Ə.İsayev bildirib.
Seçilən
14
5
oxu.az

6Mənbələr