AZ

Göyçayda narkotiklərin qanunsuz dövriyyəsinə görə 8 nəfər saxlanıldı

Göyçayda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 8 nəfər saxlanılıb.

 

Bu barədə Senzor.az-a DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

 

Bildirilib ki, Göyçay Rayon Polis Şöbəsi  əməkdaşlarının keçirdikləri əməliyyat zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan, əvvəllər də məhkum olunmuş Fərid Babayev saxlanılıb.

 

Ona məxsus fermadan kultivasiya üsulu ilə yetişdirdiyi çətənə kolları, marixuana və tüfəng aşkar edilib.

 

Keçirilən digər əməliyyatlar zamanı narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan daha 7 nəfər saxlanılıb. Həmin şəxslərdən heroin, marixuana və metamfetamin aşkarlanıb.

 

Saxlanılan şəxslərdən birinin - Fərid Qəribovun rayon ərazisində avtomobil qaçırdığı da müəyyən olunub.

 

Aşkar olunan faktlarla bağlı araşdırmalar davam etdirilir.

Seçilən
0
24
senzor.az

10Mənbələr