AZ

Obyektiv vasitəsilə zamana səyahət: Karl Qustav Emil Mannerheym ilə 1906-1908-ci illərə qayıdış

Demək olar ki, həftəlik yeni sərgilərin açıldığı Bakıda canlı art-səhnə arasında bir parlaq vitrin xüsusilə fərqlənib. Sərgiyə gələnləri göz oxşayan rənglər və ya avanqard konsepsiyalar yox, bir əsrdən çox tarixi olan, lakin hələ də keçmiş dövrün parlaq mahiyyəti ilə dolu fotoşəkillərin sepiya- tonları cəlb edir.

"Asiya vasitəsilə Qərbdən Şərqə: 1906-1908-ci illərdə Karl Qustav Emil Mannerheym tərəfindən çəkilmiş fotoşəkillər" adlı sərgi ziyarətçiləri eyni vaxtda həm tədqiqatçı və casus, həm əsgər və  alim olmuş adamın gözlərilə səyahətə çıxmağa dəvət edir. Qalereyaya daxil olduğunuz zaman fotolar qarşınızda az adamın gördüyü bir dünyanı -  Mannerheymin səhra kamerasının obyektivindən çəkilmiş itirilmiş mədəniyyətlər dünyasını və keçici anları açır.

Bu, sadəcə, köhnə fotoşəkillərin sərgisi deyil. Bu, təlatümlü dövrün obrazlarını və səslərini oyadan tarixi bir əsərdir. Hekayə 1906-cı ildə başlayır, o zaman Rusiya imperator ordusunun 38 yaşlı polkovniki Mannerheym ambisiyalı hərbi- coğrafi ekspedisiyaya göndərilib. Onun missiyası Rusiya-Çin sərhədi - tamamən gərginlik və intriqa ilə dolu region boyunca siyasi və hərbi vəziyyət haqqında kəşfiyyat məlumatları toplamaq idi. Lakin Mannerheymin səyahəti onun hərbi rəhbərlərinin gözləntilərindən çox kənara çıxıb.

Sankt-Peterburqdan yola düşən Mannerheym qatarla Bakıya gəlib və Pekində sona çatan 14 min kilometrlik yürüşə başlamaq üçün Xəzər dənizini keçib. Yolboyu, sadəcə, bir neçə avropalının ayaq basdığı torpaqları keçərək səhraları və dağ aşırımlarını aşıb. Əvvəlcə onu fransız sinoloq Pol Pellio müşayiət edib, lakin sonunda etibarlı köməkçilərdən ibarət kiçik  qrup ilə ekspedisiyaya davam edib.

Siyasi kəşfiyyatın toplanması onun əsas vəzifəsi olsa da, Mannerheymin kəskin antropoloji baxışı səyahəti insan vəziyyətinin daha dərindən araşdırılmasına çevirib. O, qarşılaşdığı adamların həyatını – onların adətlərini, yaşayışını, həyat tərzini diqqətlə sənədləşdirib. Çəkilmiş fotoşəkillər sadə qeydlərdən daha çox şey deməkdir; onlar regionunun tarixinin dönüş amında onun ruhunu əks etdirən edən bədii təsvirlərdir.

Mal-qara ilə poza verən köçəri ailələrin, sərt ərazidə yol açan tacirlərin və qədim ritualları yerinə yetirən buddist rahiblərin təsvirlərində heyranedici bir şey var. Bunlar o vaxtdan bəri ənənələrini itirmiş və ya zaman rüzgarı  və geosiyasi sərhəd dəyişikliyi səbəbindən dəyişdirmiş adamların üzləridir. Bir əsr sonra bu mədəniyyətlərin çoxu geri dönməz şəkildə dəyişdirilib ki, bu da Mannerheymin işini yox olmaqda olan dünyaya qiymətli pəncərə edib.

"Onun foto kolleksiyası bədii ustalıq və etnoqrafik sənədlərin gözəl birləşməsidir", - bədii fotoqrafiya üzrə  ixtisaslaşan Samirə Quliyeva deyir. "Mannerheym təkcə gördüklərini yox, həm də  hiss etdiklərini təsvir edib. Onun əsərlərində sadə müşahidə çərçivəsindən kənara çıxan orijinal empatiya var".

Həqiqətən, Mannerheymin əvvəlcə hərbi hesabatlarla məhdudlaşan fotoları tədricən vizual xəzinə kimi tanınmağa başlayıb. O dövrün Avropa ekspedisiyalarını tez-tez müşayiət edən kolonial çalarlara baxmayaraq, onun Mərkəzi Asiya və Çin təsviri sadə əsərlərdən yayınan mürəkkəbliyi və dərinliyi ortaya qoyur.

Sərgi Mannerheymin ikiillik səyahəti zamanı onun çoxşaxəli roluna da işıq salır. O, sadəcə, əmrləri yerinə yetirən zabit deyildi,  həm də yolboyu arxeoloji artefaktlar və qədim əlyazmalar toplayan elm adamı idi. Odur ki, onun irsi həm intellektual, həm də vizualdır. Bu gün Mannerheymin fotoları tarix, sənət və antropologiyanın kəsişməsinin sübutudur.

"Şəkillər tamaşaçıda əks-səda doğurur, çünki tarixi sənədlər olmaqdan çıxırlar", - Samirə Quliyeva izah edir. "Onlar hekayələr danışırlar - əzmlilik, ənənələr və dəyişikliklər haqqında hekayələr. Biz bu fotoların vasitəsilə insanların daim dəyişən dünyada necə yaşadıqlarını, necə uyğunlaşdıqlarını və öz kimliklərini necə qoruyub saxladıqlarını görürük".

Bir vaxtlar, sadəcə, Mannerheymin hərbi hesabatına əlavə olan kolleksiya 2000-ci illərin əvvəllərində yenidən açılan və müxtəlif şəhərlərdə davam edən sonrakı sərgilərə qədər müəyyən mənada unudulmuşdu. Hazırda səyahətə davam edərkən, o, təkcə kamera arxasındakı insana yox, həm də hər kadrda qısaca da olsa yanıb-sönən saysız-hesabsız həyata dərin hörmətini ifadə edir.

Sərgini gəzərkən və detalları nəzərdən keçirmək üçün hər fotonun qarşısında  dayanarkən — ucqar qırğız kəndində kiçik oğlanın baxışı, qazax qadının paltarında mürəkkəb tikmə, bazar meydanında xaosun arasında rahibin sakitliyi - tamaşaçılar müəyyən mənada zamana səyahətə çıxırlar.

"Hər foto bir fəsildir", - Quliyeva deyir. "Onlar birlikdə hekayəni həyata qaytaran kitabı yaradırlar".

Sürətlə dəyişməyə getdikcə daha çox meylli olan dünyada Mannerheym yaradıcılığı keçmişin davamlı varlığını xatırladır, bizi zaman və məkana uzanan bəşər tarixinə diqqətlə nəzər salmağa, onun mürəkkəbliyini daha dərindən anlamağa və qiymətləndirməyə təşviq edir.

Bakıdakı sərgi şəhərin hər yerindən və onun hüdudlarından kənardan gələn qonaqları cəlb etdiyinə görə aydın olur ki, Mannerheymin səyahəti - həm fiziki, həm də fotoqrafiya - hələ də əks- səda tapır, nəinki uzaq keçmişə nəzər salmağa imkan verir, həm də sənədləşdirmənin, araşdırmanın və sonuc olaraq xatırlamanın nə demək olduğu haqda dərin düşüncəni tanıdır.

 

Obyektiv

Obyektiv

Obyektiv

Obyektiv

Obyektiv

Obyektiv

Obyektiv

Obyektiv

Obyektiv

Obyektiv

Obyektiv

Obyektiv

Obyektiv

Obyektiv

Obyektiv

Obyektiv

Obyektiv

Obyektiv

Obyektiv

Obyektiv

Obyektiv

Obyektiv

Obyektiv

Obyektiv

Obyektiv

Obyektiv

Seçilən
153
11
turan.az

10Mənbələr