Gənclərin 70 faizi iqlim dəyişikliyindən narahatdır.
“İki sahil” xəbər verir ki, bunu COP29-un Azərbaycan üzrə Gənclər çempionu Leyla Həsənova Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində təşkil olunan "İqlim keçidlərində ali təhsilin rolu" mövzusunda tədbirdə çıxışı zamanı deyib.
O qeyd edib ki, gənclər problemin miqyasından agahdırlar:
"Ona görə biz problemin həllində tərəfdaş olmaq istəyirik. Şəbəkə olaraq universitetlər arasında əməkdaşlığın gücləndirilməsinə ehtiyac var. Təkcə COP-29 çərçivəsində deyil, digər istiqamətlərdə də iqlim problemləri aktual müzakirə olunmalıdır. COP29 prezidenti Muxtar Babayev də ekoloji maarifləndirməyə dəstək verəcək".