AZ

Rektor: Naxçıvandan başlanan 15 illik yol Türk Dövlətləri Təşkilatı üçün məhsuldar dövr olub

Rektor:

Naxçıvan, 3 oktyabr, Nail Əsgərov, AZƏRTAC

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə Türk Dövlətlərinin Əməkdaşlıq Günü və Naxçıvan Sazişinin imzalanmasının 15-ci ildönümü münasibətilə ali təhsil ocağında konfrans keçirilir. Burada Türkiyə Cümhuriyyəti ilə bərabər, digər türkdilli dövlətlərin nümayəndələri, alim və təqdiqatçılar, siyasətçilər müxtəlif panelərdə Türk dünyasının problemlərinə həsr olunan müzakirələr aparacaqlar. Bildiyimiz kimi, 2009-cu ildə Türk Dövlətləri Təşkilatı Naxçıvanda təsis olunub. Burada imzalanmış Naxçıvan sazişi 15 il ərzində Türk dövlətləri təşkilatının formalaşmasında əsas rol oynayıb.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu sözləri Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev 3 oktyabr - Türk Dövlətlərinin Əməkdaşlıq Günü və Naxçıvan Sazişinin imzalanmasının 15-ci ildönümü münasibətilə “Naxçıvan müqaviləsinin 15-ci ildönümündə Türk Dövlətləri Təşkilatı” mövzusunda keçirilən tədbir çərçivəsində jurnalistlərə müsahibəsində deyib.

Rektor qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu sazişin Naxçıvanda imzalanması tarixi hadisəyə çevrilib. İnkişaf edən, hər sahədə səmərəli əməkdaşlıq platforması yaradan Türk dövlətlərinin və Türk Dövlətləri Təşkilatının müxtəlif sahələrdə inkişaf perspektivlərinin ümumi faktlarla müzakirəsi universitetin auditoriyası üçün kifayət qədər maraqlıdır: “Bilirsiz, universitetimizdə bu sahələr üzrə kadr hazırlığı aparılır. Eyni zamanda elmi-təqdiqat mərkəzləri, kafedralar fəaliyyət göstərir. Naxçıvan Dövlət Universitetinin təqdimatçılarının, eyni zamanda, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin xətti ilə olan məruzələr bu günün anlamını ifadə etmək baxımından kifayət qədər aktualdır. Çünki Naxçıvandan başlanan 15 illik yol Türk Dövlətləri Təşkilatı üçün məhsuldar dövr olub. Bu illər ərzində bizim suverenliyimiz bərpa edilib. İşğaldan azad olunmuş torpaqlarda Zəfərimizin rəmzi olan xarıbülbülün Türk dünyasının zəfər simvoluna çevrilməsi, həm də türk dövlətlərinin bu məsələdə göstərdiyi səylər bugünkü müzakirələdə öz yerini alacaq”.

“Naxçıvan mövzusu hər zaman aktual mövzulardan olub. Xüsusilə Türk dünyası üçün aktualdır. Heç də təsadüfi deyil ki, Naxçıvan “Türkün qapısı” adlandırılır. Naxçıvan geocoğrafi strateji əhəmiyyəti ilə Türk dünyası üçün hər zaman maraqlı olub. Bu gün də maraqlıdır. Ulu Öndər Heydər Əliyev bu məsələdə həmişə Naxçıvanın mövqeyinə xüsusi əhəmiyyət verib. Prezidentin müəyyənləşdirdiyi prioritetlər içərisində Türk dünyasına üstünlüyün verilməsi, bu siyasətdə Naxçıvanın mövqeyinin müəyyənləşməsi aktualdır. Naxçıvanın Türk-İslam mədəniyyətinin daşıdığı coğrafiya kimi əhəmiyyəti bugünkü panel müzakirələrin əsas mövzusudur. Hesab edirəm ki, müzakirələr içərisində Naxçıvana geniş yerin ayrılması təsadüfi deyil. Bu, tarixi, siyasi, coğrafi aspektlərlə bağlı məsələdir”, – deyə Elbrus İsayev əlavə edib.

Seçilən
53
azertag.az

1Mənbələr